top of page

Bizim Komanda

Alangoya%20headshot_edited.jpg

Alanqoya Tezəl

Əməliyyatlar Direktoru

POWER Layihəsinin missiyası türk mənşəli amerikalı qadın olan Alanqoyanın qəlbinə çox yaxındır. 2019-cu ildə Fulbrayt təqaüdçüsü Alanqoya Azərbaycan Turizm və Menecment Universitetində İngilis dilini tədris etməyə başladı. Bu gün, POWER Layihəsindəki idarəetmə mövqeyi ilə yanaşı Alanqoya həm Miçiqan Universitetində gender bərabərliyi üzrə tədqiqatçı, həm də tibb universiteti tələbəsidir.

Sara%25252520Kouchehbagh%25252520headsho

Sara Küçebağ

Proqram Direktoru

Sara Azərbaycanda təhsil və peşə resurslarına çıxış imkanlarını təkmilləşdirmək arzusu ilə POWER Layihəsini başlatdı. O, Fulbrayt təqaüdçüsü kimi Bakıda Dillər Universitetində işləyib. Sara əvvəllər BMT və Əl-Cəzair İngilis də daxil olmaqla bir sıra qurumlarda çalışmışdır. O, özünü qadınların səlahiyyətlərini artırmaq, beynəlxalq təhsil və ictimai diplomatiyanı dəstəkləməyə həsr edib.

GBurris%20Picture_edited.jpg

Qreys Buris

İcma Əlaqələri Müdiri

İki ildən çoxdur ki, Bakıda Beynəlxalq Təhsil üzrə Amerika Şurasında işlədikdən sonra Qreys Azərbaycanda qadınlar və təhsilin gücü arasında əlaqənin vacibliyini gördü. POWER layihəsində idarə heyəti mövqeyi ilə birlikdə Qreys hazırda Aydaho, Vayominq və Montanada yerləşən Montana Mühafizə Korpusunda ekipaj üzvü olaraq çalışır.

IMG_1942_edited_edited.jpg

Gunay Hacili

Kommunikasiya Məsləhətçisi 

İngilis dili müəllimi olan Günay həmişə özünü təhsil sahəsində xəyal edib və Azərbaycanda təhsilin inkişafına töhfə vermək istəmişdir. Bu məqsəd onu ADA universitetində Təhsilin İdarə Edilməsi fakültəsində magistr təhsili almağa sövq etdi. Bundan əvvəl isə o, Qafqaz universitetində işləmiş və ABŞ-ın Bakıdakı səfirliyində təcrübə keçmişdir. Günay Azərbaycan qadınlarının səlahiyyətlərini artırmağı hədəfləyən belə inanılmaz bir layihənin parçası olmaqdan çox məmnundur.

Nuray%20Picture1_edited.png

Nuray Məmmədzadə

Kommunikasiya Məsləhətçisi 

Nuray Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsidir. Həmçinin o, FLEX məzunudur və 2017-2018 tədris ilini Nyu-Yorkun Karfagen şəhərində keçirib. İqtisadiyyatla maraqlanmaqla yanaşı, Nuray beynəlxalq münasibətlər, diplomatiya, ictimaiyyətlə əlaqələr və dövlət idarəçiliyi ilə maraqlanır. ABŞ-ın Bakıdakı səfirliyinin keçmiş ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Nuray indi Beynəlxalq Təhsil üzrə Amerika Şuralarında FLEX Məzunlar Koordinatorudur. 

Alla%20Prof%20Photo_edited.jpg

Alla Savelieva 

Təhsil Məsləhətçisi

Alla karyerasına Şərqi Sibirdə İngilis dili müəllimi olaraq başladı. O, təhsili həmişə güc mənbəyi kimi görmüşdür. Fulbrayt proqramına təqaüdçü seçilən Alla 2010-cu ildə Massaçusets ştatında Wheaton Kollecində rus dili köməkçisi kimi çalışmağa başladı. Daha sonra isə o, beynəlxalq münasibətlər üzrə təhsil almaq və ingilis dili tədrisini davam etmək məqsədiylə Azərbaycana köçdü. Alla hazırda Bakıda ADA Universitetində baş müəllimdir. O, birinci kurs tələbələrinə akademik yazı və informasiya savadlılığı öyrətməklə yanaşı, universitetin Yazı Mərkəzini də idarə edir.

Caroline%20Headshot_edited.jpg

Kərolayn Kırbi

Sosial Media və Marketinq Məsləhətçisi

Kərolayn təcrübəli, TEFL sertifikatlı ESL (İngilis dili ikinci dil kimi) müəllimi və Siyasi Elmlər və Hökümət akademik təcrübəsi olan yazıçıdır. O, Amerika Birləşmiş Ştatlarında və Çilidə İngilis dilini tədris edib və ABŞ-dakı şirkətlər üçün mətn müəllifliyi, sosial media rəhbərliyi və onlayn məzmun yaratma sahəsində çalışıb. Kərolayn hal-hazırda Havayidə yaşayır və qadın hüquqları, sosial məsələlər və siyasət mövzularına olduqca maraqlıdır, İngilis və İspan dillərini isə səlis danışır.

bottom of page